Fransada “Telegram” messencerinin həmtəsisçisi Pavel Durova qarşı ittihamların irəli sürülməsi şirkətin uğurlu İlkin kütləvi təklif (IPO) planlarına zərbə vurur və nəticədə qiymətli kağız sahibləri böyük itkilərlə üzləşirlər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Nəşrin məlumatına görə, 2023-cü ildə şirkətin gəlirləri 342 milyon dollara çatıb. Bildirilib ki, 108 milyon dollarlıq əməliyyat itkisi ilə “Telegram”ın 2023-cü ildə vergilərdən sonra ümumi itkiləri təxminən 173 milyon dollar təşkil edib.

Şirkət həmçinin 2024-cü ildə təxminən 244 milyon dollar dəyərində “Toncoin” sikkələrinin nağd şəkildə satışını həyata keçirib.

 

Sadiq Cavadov