"YouTube Rusiyaya qarşı düşmənçilik siyasəti yürüdür və bu, hökumətin onun işini məhdudlaşdıran qərarları ilə bağlıdır. Bununla belə, resursun sürətini azaltmağın özlüyündə yaxşı heç nə yoxdur".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev rəhbərlik etdiyi Vahid Rusiya partiyasının namizədləri ilə görüşdə bildirib.

Medvedevin sözlərinə görə, YouTube çox çirkin davranır: "Onlar bizim resurslarımızı tamamilə təmizləyirlər, halbuki rəqiblərimizin və düşmənlərimizin resursları təbliğ olunur, bu, yanlışdır.Biz onlara dəfələrlə dedik: "Yaxşı, siz hələ də bir növ balans saxladığınızı deyirsiniz, amma yox, elə deyil".

"Ona görə də hökumətin qərarları onunla bağlıdır ki, əgər bizim istəklərimiz yerinə yetirilməsə, onda biz bir növ məhdudlaşdırıcı tədbirlər görməliyik", - deyə Medvedev etiraf edib.