Amerika korporasiyası "Microsoft" 1985-ci ildə əməliyyat sisteminin ilk versiyasında görünən dəyişməz parametrlər nişanı olan "Windows" idarəetmə panelindən imtina edəcək.

İqtisadiyyat.az xəbər verir ki,  bu barədə “Neowin” portalı məlumat yayıb .

Şirkətin rəsmi saytındakı şərhdə deyilir: "Biz tədricən idarəetmə panelindən istifadədən uzaqlaşırıq, bunun əvəzinə daha müasir və optimallaşdırılmış interfeysə malik parametrlər tətbiqini təklif edirik".

Panelin tam bağlanacağı tarix göstərilmir.

 

Gözəl Həşimova