Uzaqdan konfrans xidmətləri göstərən “American Zoom Video Communications” proqramı cari maliyyə ilinin ikinci rübündə xalis mənfəət və gəlirində artım qeydə alıb.

İqtisadiyyat.az şirkətin press-relizinə istinadən xəbər verir ki, “Zoom”un xalis gəliri ötən ilin eyni dövründəki 182 milyon dollar və ya hər bir səhm üçün 0,59 dollarla müqayisədə 219 milyon dollar və ya hər bir səhm üçün 0,7 dollar olub.

Məlumata görə, “Zoom”un rüblük gəliri 2% artaraq 1,16 milyard dollara çatıb.

Çərşənbə günü əlavə ticarətdə şirkətin səhmləri 3% bahalaşıb. İlin əvvəlindən şirkətin kapitallaşması 16,2% azalaraq 18,3 milyard dollara düşüb.