“Apple” korporasiyası bu il ən dəyərli texnologiya şirkətləri reytinqində birinci yeri tutub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə beynəlxalq konsaltinq təşkilatı "Brand Finance" hesabat yayıb.

Belə ki, "Apple" brendinin dəyəri ötən ildən bəri 74% artaraq 516,6 milyard dollara çatıb.

Siyahıda ikinci yeri "Microsoft" korporasiyası tutub. Şirkətin bazar dəyəri 78% artaraq 340,4 milyard dollar təşkil edib. "Google" bu siyahıda üçüncü yerdə qərarlaşıb. Şirkətin dəyəri 333,4 milyard dollar olaraq qiymətləndirilir.

Brend dəyəri 308,9 milyard dollar olan "Amazon" isə dördüncü yeri tutub.

 

Gözəl Həşimova