Rusiyanın "LUKoil" şirkətinin törəməsi "LUKoil-Azerbaijan"ın Baş ofisində təmir işləri aparılacaq.
Bu barədə İqtisadiyyat.az şirkətdən məlumat əldə edib.
Qeyd edilib ki, "LUKoil-Azərbaycan" QSC-yə məxsus Baş ofis binasının fasadında bərpa işləri həyata keçiriləcək.
Hazırda QSC təmir işlərini həyata keçirəcək şirkət axtarışındadır.
Qeyd edək ki, “LUKoil” şirkəti Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir. Şirkət “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrinin hər birində 10% paya malikdir. Bundan başqa, ölkədə pərakəndə yanacaq bazarında iştirak edir. “LUKoil” şirkətinin prezidenti azərbaycanlı milyarder Vahid Ələkbərovdur. Onun sərvəti bu ilin əvvəlindən bəri 1,79 milyard artaraq 26,4 milyard dollara çatıb.