Rusiyanın ən zəngin iş adamlarının sərvəti bu ilin əvvəlindən bəri 18,293 milyard dollar artıb.

Bu barədə İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir.

Bu dövrdə “Lukoil”in həmsahibi Vahid Ələkbərovun sərvəti 1,79 milyard artaraq 26,4 milyard dollara çatıb.

Milyarderlər İndeksinə görə, bu il "Eurochem" və "SUEK"in həmtəsisçisi Andrey Melniçenkonun sərvəti 5,29 milyard dollar artaraq 24,1 milyard dollar təşkil edib. Hesabat dövründə “Severstal”ın əsas səhmdarı Aleksey Mordaşovun sərvəti 3,75 milyard dollar artaraq 24,6 milyard dollara çatıb.

Eyni zamanda, "NLMK"nın direktorlar şurasının sədri Vladimir Lisin sərvətini 2,91 milyard dollar artıraraq 26,9 milyard dollara çatdırıb.

 

Gözəl Həşimova