Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu Azərbaycanın turizm potensialının Avropa ölkələrində tanıdılması və əməkdaşlıq imkanlarının artırılması məqsədilə oktyabrın 10-13-də İsveçrənin Sürix, Avstriyanın Vyana, Almaniyanın Münhen və Frankfurt şəhərlərində təqdimatlar təşkil edib.

İqtisadiyyat.az bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, təqdimatlarda Büronun Baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycanın turizm destinasiyası kimi potensialı, turizm xidmətləri barədə məlumat verib. Bundan sonra turizm şirkətlərinin iştirakı ilə Almaniya, İsveçrə və Avstriyada turizm sahəsində fəaliyyət göstərən 150-yə qədər turizm tərəfdaşı ilə keçirilən görüşlərdə Azərbaycanın tarixi mədəni irsi, işgüzar turizm imkanları, şərabçılıq turizmi kimi istiqamətlər üzrə təqdimatlar edilib.

Bununla yanaşı, Sürix, Vyana və Münhendə 30-ə qədər aparıcı media qurumlarının təmsilçiləri ilə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində görüşlər təşkil olunub.