Azərbaycan bu ilin yanvar-may aylarında 49,6 milyon dollar dəyərində 8 min 927 ton kərə yağı idxal edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 8,3 milyon dollar çoxdur.

Hesabat dövründə kərə yağı idxalı Azərbaycanın ümumi idxalının 0,97%-ni təşkil edib.