Bu ilin yanvar-iyul aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 362,1 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,4% azalıb.

Hesabat dövründə Azərbaycandan bu ölkəyə 306,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Azərbaycanın Gürcüstandan idxalının dəyəri isə 55,2 milyon dollar olub.

 

Gözəl Həşimova