İngiltərənin “Brayton” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Lids”in hücumçusu Jorjinyo Ryutter transfer olunub. Onun müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.

Bu keçid üçün “Brayton” qarşı tərəfə 46,7 milyon avro ödəyib. Bu isə klub tarixində yeni rekorddur.

Ryutter ötən mövsüm 51 oyunda 8 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb