Azərbaycana bu ilin yanvar-iyul aylarında 46,5 milyon dollar dəyərində 105,3 min ton gübrə idxal edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,4% çoxdur.

Məlumata görə, hesabat dövründə gübrə idxalı ölkənin ümumi idxalının 0,43 %-ni təşkil edib.

 

Gözəl Həşimova