Bu ilin yanvar-iyul aylarında Azərbaycanın şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxalı 149,8 milyon dollar dəyərində olub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,7% artıb.

Məlumata görə, ötən ilin eyni aylarında ölkə şəkər idxalına 139 milyon dollar xərcləyib.

Əlavə edək ki, hesabat dövründə şəkər idxalı Azərbaycanın ümumi idxalının 1,39%-ni təşkil edib.

 

Gözəl Həşimova