“Avqustun 19-u səhər saatlarında Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəzanın aradan qaldırılması ilə bağlı işlər fasiləsiz, intensiv və sürətlə davam etdirilir”.

Bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, məqsəd işlərin maksimum qısa zamanda yekunlaşdırılması və əhalinin suya olan tələbatının əvvəlki rejimə qaytarılmasıdır:

“Görülən işlərlə əlaqədar olaraq Bakı şəhərinin bir neçə rayonunun bəzi ərazilərində suyun verilməsində fasilə yaranıb. Əhalinin suya olan təlabatı alternativ xətlərlə dəyişilmiş rejimə uyğun şəkildə təmin olunur. Təmir-bərpa işlərinin avqustun 21-i axşam saatlarında yekunlaşacağı və suyun bu müddətdən başlanaraq veriləcəyi planlaşdırılır. Avqustun 22-si günorta saatlarında qədər suyun əvvəlki rejimə qaytarılması nəzərdə tutulur”.

 

Sadiq Cavadov