İranın səfiri İran hakimiyyətinin Almaniyanın Tehrandakı səfirliyindəki Alman Dilinin Öyrənilməsi İnstitutunu bağlamaq qərarı ilə əlaqədar Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi məlumat verib.

"Biz İranın təhlükəsizlik orqanlarının Tehrandakı Alman Dilinin Öyrənilməsi İnstitutuna qarşı hərəkətlərini pisləyirik", - deyə Almaniya Xarici İşlər Nazirliyi qeyd edib. 

"İnstitutun işçiləri öz işlərinə çox sadiqdirlər, bu da İran və Almaniyadakı insanlar arasında əlaqələri gücləndirməyə yönəlib", - departament əlavə edib.