Bu ilin yanvar-iyul ayları ərzində Tacikistan və Rusiya arasında ticarət dövriyyəsi 12,1% artaraq 1 milyard 118 milyon 256 min dollara çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Tacikistan Statistika Agentliyinin məlumatında deyilir.

Beləliklə, Rusiya Tacikistanın ən böyük ticarət tərəfdaşı statusunu qoruyub.

Bildirilib ki, Müstəqil Dövlətlər Birliyinin iştirakçıları arasında Tacikistanla ticarətdə Qazaxıstan Rusiyadan sonra ikinci yerdədir.

 

Gözəl Həşimova