2023-cü ilin yanvar-fevral ayında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni ayı ilə müqayisədə 15,2% artaraq 10 milyard 680,3 milyon manata bərabər olub.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalisinin nominal gəlirləri hər nəfərə orta hesabla 1054,2 manat təşkil edib.

Qeyd edək ki, bü dövrdə əhalinin sərəncamında qalan gəlirləri 9 milyard 347,9 milyon manat olub.