Zaqatalada zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 13:37-də Zaqatala stansiyasından 15 km cənub-qərbdə, Zaqatala rayonunda qeydə alınıb. Zəlzələ 3,1 maqnitudada baş verib,  ocağı 21 kilometr dərinlikdə yerləşib.

Zəlzələ bəzi insanlar tərəfindən hiss olunub.

Qeyd edək ki, bu gün yerli vaxtla 00:35-də Lerik rayonunda 3.1 bal gücündə zəlzələ qeydə alınıb.