Bu ilin yanvar-fevral aylarında Azərbaycan Gürcüstandan 4 820 avtomobil idxal edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsi məlumat yayıb.

Məlumata görə, bununla da Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələrin siyahısında lider olub. Onu Ermənistan (2 834), Qazaxıstan (2 589), Qırğızıstan (1 338) və Rusiya (978) izləyib.