Banqladeşin Baş naziri Şeyx Hasina ölkədə davam etirazlar fonunda istefa verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilib ki, Şeyx Hasina və onun bacısı ölkəni tərk edərək hərbi helikopterlə Hindistana gediblər.

Məlumata görə, ölkənin baş naziri qaçdıqdan sonra etirazçılar onun iqamətgahına basqın etməyə başlayıblar.

Qeyd edək ki, hazırda Banqladeşdə komendant saatı elan edilib. Ölkədə sosial şəbəkələrə daxil olmaq mümkün deyil. Həmçinin Banqladeş Dəmir Yolları xidmətləri qeyri-müəyyən müddətə dayandırıb.