Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibi bəlli olub.

İqtisadiyyat.az xəbər verir ki, 3-cü təsnifat mərhələsində Bolqarıstan klubu “Ludoqorets”lə qarşılaşacaq ağdamlılar rəqibinə məğlub olarsa, Avropa Liqasına yuvarlanacaq və orada “Petrokub” (Moldova) – TNS (Uels) cütünün qalibi ilə üz-üzə gələcək. “Qarabağ” – “Ludoqorets” cütünün zəifi ilk oyununu evdə keçirəcək.

Avropa Liqasında pley-offun oyunları avqustun 22-də və 29-da keçiriləcək.