Avro Bölgəsi iqtisadiyyatı yüksək inflyasiya və artan faiz dərəcələrinin istehlak xərclərinə təsiri nəticəsində texniki cəhətdən tənəzzülə uğrayıb.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, bu, Avropa Statistika İdarəsinin (Eurostat) 2023-cü ilin birinci rübündə Avropa İttifaqı (Aİ) və avrozonanın artım templəri ilə bağlı yaydığı hesabatda yer alıb.

Hesabata görə, 19 üzvlü avrozonada Ümumi Daxili Məhsul (ÜDM) 2023-cü ilin birinci rübündə əvvəlki rüblə müqayisədə 0,1 faiz azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə ÜDM Estoniyada 3,7 faiz, Litvada 2,7 faiz, Macarıstanda 1,1 faiz, Almaniyada 0,5 faiz, Finlandiya, Lüksemburq və Çexiyada 0,4 faiz, İrlandiyada isə 0,3 faiz azalıb.