“Atəşgah Sığorta” ASC 2020-ci ili 3,349 milyon manat xalis mənfəətlə başa vurub.

Bu, 2019-cu ilə nisbətən 2,8 dəfə çoxdur.

Ötən il “Atəşgah Sığorta”nın gəlirləri 32,661 milyon manat (illik müqayisədə 16,4% az), xərcləri 28,696 milyon manat (23,6% az), mənfəət vergisi ödəmələri isə 616 min manat (2,1 dəfə çox) ) təşkil edib.

Bu il yanvarın 1-nə “Atəşgah Sığorta”nın aktivləri 36,815 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 9,7% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 25,1% azalaraq 20,872 milyon manata düşüb, balans kapitalı isə 23,5% artaraq 15,943 milyon manata çatıb.