Almaniya şirkətləri Azərbaycana Qarabağın bərpası ilə bağlı təkliflər təqdim edib.

İqtisadiyyat.az xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman tviterdə yazıb.

“Mən çox şadam ki, bu gün Azərbaycana öz təkliflərini, o cümlədən Qarabağın yenidən bərpası ilə bağlı təkliflərini təqdim edən səkkiz alman şirkətini qarşılaya bildim”, - o bildirib.