Ölkənin aparıcı reklam şirkətlərindən olan "Admedia" reklam agentliyi III Maliyyə və İnvestisiya Forumunun təşkilatçıları sırasında yer alıb. 

2009-cu ildən fəaliyyət göstərən "Admedia" reklam agentliyi həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə 360 dərəcəli reklam fəaliyyəti ilə məşğuldur. 13 illik təcrübəyə malik olan peşəkar “Admedia” komandası müştərilərə fərdi yanaşır, onları məmnun edir.

“Admedia”nın fəaliyyət sferası genişdir: buraya media, kreativ, rəqəmsal marketinq, sərgi və tədbirlərin təşkili, reklam istehsalı, 3D modelləmə və layihələndirmə daxildir.

Şirkət 20-dən çox dövlət qurumu, 100-dən çox tanınmış marka ilə əməkdaşlıq etmişdir.

Bilet sifariş etmək üçün:

www.fifbaku.az

 +99451 233 47 57

-16 noyabr | 09:00-18:00

- Baku Marriott Hotel Boulevard