Dövlət İmtahan Mərkəzi «Abituriyent» jurnalının 4-cü nömrəsini nəşr edib/

Bu barədə İqtisadiyyat.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, jurnalın bu nömrəsində 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib. Bu nömrədə həmçinin M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına tələbə qəbulu elanı və digər zəruri materiallar təqdim olunub.

Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Jurnalda (həm Azərbaycan, həm rus bölmələri üzrə) Azərbaycan İdman Akademiyası, Naxçıvan Dövlət Universiteti və Gəncə Dövlət Universitetinin “Məşqçilik” (sahələr üzrə) ixtisasına aid kodların qarşısında texniki səhv olaraq bir ulduz (*) qeyd edilib. Lakin qəbul qaydalarına əsasən, həmin sahələr üzrə ixtisas kodlarının qarşısında iki ulduz (**) olmalıdır. Əvvəlcədən də məlumat verildiyi kimi, ali təhsil müəssisələrinin V ixtisas qrupuna aid "Məşqçilik" ixtisasına qəbul üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun bal əsasında aparılacaq.