Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, A növü üzrə imtahan Naxçıvan Dövlət Universitetinin Konservatoriya binasında kompüterlər vasitəsilə keçirilib. İmtahanda 8 dövlət qulluqçusu iştirak edib.

Həmçinin B növü üzrə imtahan Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbində də kağız daşıyıcılar vasitəsilə keçirilib. İmtahanda 30 dövlət qulluqçusu iştirak edib.

İmtahanın keçirilməsi üçün 1 imtahan rəhbəri və 4 nǝzarətçi cəlb edilib. Qeyd edək ki, imtahan saat 10:00-da başlanıb, 2 saat 30 dəqiqə müddətində davam edib.

Naxçıvan Dövlət Universitetinin Konservatoriya binasında keçirilən imtahanda 36 namizəd iştirak edib. İmtahanın idarə olunması üçün 1 imtahan rəhbəri və 4 nəzarətçi ayrılıb.

Bu gün, həmçinin B növü üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib.

Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbində keçirilən imtahanda 249 namizəd iştirak edib. İmtahanın keçirilməsi üçün 3 imtahan rəhbəri və 23 nəzarətçi cəlb edilib.

Qeyd edək ki, imtahanlar saat 10:00-da başlanıb və 3 saat davam edib.