Milli Müdafiə Universiteti ali təhsilin bakalavriat səviyyəsi üzrə Heydər Əliyev adına Hərbi İnstituta əlavə abituriyent qəbulu elan edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) İqtisadiyyat.az-a bildirilib ki, tələblərə cavab verən namizədlər avqustun 12-dək (saat 18:00-ə qədər) Heydər Əliyev adına Hərbi İnstituta (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, 9a) müraciət edə bilərlər.

Abituriyentlərdən DİM tərəfindən I, II, III ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanlarında 250 bal və daha yüksək nəticə əldə etməsi, cari ildə ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirməsi, qəbul ilində 17 yaşı tamam olması və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşı olması tələb olunur.

Zəruri sənədləri DİM-in saytından link vasitəsilə əldə etmək olar.