Texnologiya nəhəngi hesab edilən "Apple" şirkəti Türkiyədə satılan məhsullarının qiymətini artırıb. 


İqtisadiyyat.az türk mediasına istinadən bildirir ki, təxminən iki gün əvvəl "Apple" şirkəti Türkiyədə ilk "Apple" imzalı  iOS 17, iPadOS 17, yeni "MacOS Sonoma" və "watchOS 10"un təqdimatından sonra qiymətlərini artırmışdı. 

Məlumata görə, şirkət Türkiyədə bir sıra məhsullarının qiymətini yenidən qaldırıb.

Bahalaşan bəzi məhsulların köhnə və yeni qiymətlərini təqdim edirik:

iPHONE 14 

iPhone 14 128 GB
Köhnə qiymət: 37.999 TL (2764.38 AZN)  / Yeni qiymət: 42.499 TL (3091.75 AZN)

iPhone 14 256 GB
Köhnə qiymət: 40.999 TL (2982.62 AZN) / Yeni qiymət: 45.999 TL (3346.37 AZN)

iPhone 14 512 GB
Köhnə qiymət: 46.999 TL ( 3419.12 AZN) / Yeni qiymət: 52.999 TL ( 3855.61 AZN)


iPHONE 14 PLUS 

iPhone 14 Plus 128 GB
Köhnə qiymət: 41.999 TL ( 3055.37 AZN) / Yeni qiymət: 46.999 TL ( 3419.12 AZN)

iPhone 14 Plus 256 GB
Köhnə qiymət: 44.999 TL ( 3273.62 AZN) / Yeni qiymət: 50.499 TL ( 3673.74 AZN)

iPhone 14 Plus 512 GB
Köhnə qiymət: 50.999 TL ( 3710.11 AZN) / Yeni qiymət: 57.499 TL ( 4182.98 AZN)