"Təmiz Şəhər" ASC işğaldan azad edilmiş ərazilərdə bərk tullantıların idarəetmə sisteminin qurulmasına dair tədbirlərin milli strategiyaya inteqrasiyası məqsədi ilə idarəetmə strategiyası, texniki-iqtisadi qiymətləndirmə və regional investisiya planlarının hazırlanması üzrə məsləhət xidmətləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

İqtisadiyyat.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Encotec" MMC-dir.

Qalib şirkətə 950 min manat ödəniləcək.