Aprelin 25-də Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat aşkarlanıb.

DİN-in Mətbuat Xidmətindən İqtisadiyyat.az-a verilən məlumata görə, 20 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 3 tapança, 1 tüfəng, 2 qumbara, 5 alışdırıcı, 24 ədəd dron üçün mərmi, 236 patron darağı, 65540 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.