Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 8 gün əvvəl baş verən daşqın fəlakətinin vurduğu ziyanı ödəmək üçün təxminən 545 milyon dollar ayırdıqlarını açıqlayıb.

Bu barədə İqtisadiyyat.az "WAM" xəbər agentliyinə istinadən xəbər verir.

Məlumata görə, BƏƏ prezidenti daşqının vurduğu ziyana nəzarət etmək, ailələrə dəstək vermək və infrastrukturu dərhal araşdırmaq üçün tapşırıqlar verib.

Vətəndaşların və sakinlərin təhlükəsizliyinin əsas prioritet olduğu qeyd edilib.

 

Gözəl Həşimova