“Surakhanı Oil Operation Company S.A.” şirkətinin Azərbaycandakı nümayəndəliyi açıq tender elan edib.

“Report” rəsmi qəzetə istinadən xəbər verir ki, tender 3 lot üzrə keçirilir.

Tender 2 090 tonluq nasos - kompressor borularının satınalınması, 30 000 ədəd nasos ştanqlarının, mufta və protektorla birgə satınalınması, 2 025 ədəd ştanqlı quyu nasoslarının satınalınması məqsədilə keçirilir.

Tenderdə iştirak haqqı Lot-1 üçün 500 manat, Lot-2 və lot -3 üçün isə hər birinə 300 manatdır.

Tender iştirakçılarından tələb olunan sənədlər aprelin 26-sı saat 17.00-a qədər bir nüsxədə, tender təklifi isə mayın 6-sı saat 17.00-a qədər ikiqat zərfdə bağlanıb möhürlənmiş şəkildə iki nüsxədə (əsli və surəti) AZ1042, Bakı şəhəri, Suraxanı qəsəbəsi, Xanlar Ələkbərov küçəsindəki inzibati binada təqdim edilməlidir.

Tender zərflərinin açılışı proseduru mayın 7-si saat 11.00-da yuxarıdakı ünvanda keçiriləcək.