İmişli Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub. 

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı RİH başçısı Elçin Rzayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, tanınmış jurnalist Ruslan Eldaroğlu icra başçısının müavini - Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 

Qeyd edək ki, Ruslan Eldaroğlu daha əvvəl Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının mətbuat katibi vəzifəsində çalışıb.