Rusiyanın məşhur “Nijfarm” dərman şirkətinin Azərbaycandakı Nümayəndəliyi ləğv olunur.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bu barədə cəmiyyətin yeganə təsisçisi olan “NİDDA LİNKS S.A.R.L.” şirkətinin yığıncağında qərar qəbul edilib.

Xatırladaq ki, "Nijni Novqorod kimya-farmasevtika zavodu" ASC-nin Azərbaycandakı nümayəndəliyi ("Nijfarm") 2009-cu ildə dövlət qeydiyyatından keçib.

"Nijfarm" Rusiyanın aparıcı farmasevtika şirkətlərindəndir. Şirkət bir əsrdən çoxdur ki, müalicə vasitələrini hazırlayır, istehsal edir və istehlakçılara təklif edir.

Şirkətin məhsul portfelinin əsas istiqamətləri - qastroenterologiya, dermatologiya, ginekologiya, urologiya, revmatologiya və pediatriyada istifadə olunan dərman preparatlarıdır.