Günəş sistemində 41 işıq ili uzaqlıqdakı Yerdən iki dəfə böyük olan planetin ətrafında qalın atmosfer aşkar edilib.

İqtisadiyyat.az "Nature" jurnalına istinadən xəbər verir ki, planetin həyat üçün uyğun olmadığı düşünülür.

"55 Cancri e" kimi tanınan Super Yer, karbon dioksid və karbonmonoksit örtüyü ilə örtülmüş, əhəmiyyətli bir atmosferə malik, günəş sistemindən kənarda olan bir neçə qayalı planetlərdən biridir.

Yer atmosferi azot, oksigen, arqon və digər qazların qarışığından ibarətdir. Bu planetdə qaynama temperaturu 2300 dərəcə Selsiyə çata bilər ki, bu da planetdə həyatın olması ehtimalını azaldır.

41 işıq ili uzaqlıqdakı ekzoplanet Yerdən səkkiz dəfə böyükdür və səthi maqma okeanları ilə örtülüdür.

 

Gözəl Həşimova