"Temirli Qrup" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyunun 30-da keçirilməsi nəzərdə tutulub. 

İclasın gündəliyində aşağıdakı məsələlər durur:
1. Səhmdar Cəmiyyətin idarəetmə orqanının 2023-cü il üzrə hesabatı və maliyyə hesabatlarının təsdiq edilməsi.
2. Səhmdar Cəmiyyətin İdarə heyətinin, Direktorlar şurasının və Maliyyə-təftiş komissiyasının yenidən seçilməsi.
3. "Temirli Qrup" ASC-nin mülkiyyətində olan əmlakın bir hissəsinin və ya tam olaraq satılması.