Azərbaycan Dillər Universitetinin (ADU) Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Novruz Məmmədov vəzifəsindən azad edilib.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Universitetdən İqtisadiyyat.az-a bildirilib ki, N.Məmmədov ötən ay öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunub.

Qeyd edilib ki, hələlik onun yerinə təyinat olmayıb.

Qeyd edək ki, Novruz Məmmədov 2019-cu ildən prorektor vəzifəsində çalışırdı. 77 yaşlı N.Məmmədov 1997-2018-ci illərdə Prezident Administrasiyasında çalışıb, 2018-2019-cu illərdə Azərbaycanın Baş naziri olub.