“Bokt İcraçı Kredit Agentliyi” MMC-nin portfeli və aktivləri azalıb.

İqtisadiyyat.az-ın hesablamalarına görə, MMC-nin bu il yanvarın 1-nə müştərilərə verilmiş kredit və avansları 896 594 manat təşkil edib. Amma bu rəqəm ötən ilin yanvarın 1-nə 914 856 manat olub.

Bundan əlavə, kredit agentliyinin bu il yanvarın 1-nə cəmi aktivləri 1 104 215 manat olub. Bu, ötən ilin yanvarın 1-nə isə 1 312 282 manat təşkil edib.

Şirkətin cəmi öhdəlikləri və kapitalına gəlincə isə burda da xeyli azalmalar müşahidə olunub. Belə ki, cəmi öhdəlikləri və kapitalı ötən ilin yanvarın 1-nə 1 312 282 manat olduğu halda, bu ilin yanvarın 1-nə bu rəqəm 1 104 215 manat təşkil edib.