Azərbaycanın kosmetika istehsalçısı olan "Gazelli Group" nizamnamə kapitalını azaldır.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı şirkət özü elan edib.

Nizamnamə kapitalının nə qədər azaldılacağı açıqlanmayıb.

Qeyd edək ki, "Gazelli Group” AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva tərəfindən 1999-cu ildə təsis edilib. Z.Əliyeva hazırda şirkətin prezidentidir.

Bu ilin mart ayında şirkətin nizamnamə kapitalı 42 032 000 manat idi. Aprel ayında isə nizamnamə kapitalı 10 milyon manat artırılaraq 52 032 000 manata çatdırılıb.