"Bakıxanov-Çörək" ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək. 

İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyunun 30-da keçirilməsi nəzərdə tutulub. 

Yığıncağın gündəliyi:
1. Cəmiyyətin 2023-cü il üzrə illik hesabatının müzakirəsi və təsdiqi.
2. 2023-cü ilin nəticələri üzrə dividendlərin verilməsi.
3. Cəmiyyətin müşahidə şurasının müfəttişinin seçilməsi.