Çinin Zhengzhou şəhərində dünyanın ən böyük iPhone istehsal müəssisəsində baş verən epidemiya və etirazlar iPhone Pro istehsalına mənfi təsir göstərib.
İqtisadiyyat.az xəbər verir ki, Bloomberg-in hesabatına görə, mövzuya yaxın mənbə istehsal müəssisəsində qeyri-müəyyənliyin davam etdiyini və istehsal itkilərinin sayının dəyişəcəyini bildirib. 
Qeyd edək ki, Foxconn müəssisəsi Apple-ın bu il ən çox tələb olunan yeni iPhone 14 Pro modelini istehsal edir.