Bu ilin birinci rübündə Türkiyədən 73 ölkəyə 2,5 milyard dollarlıq minik avtomobili ixrac edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyinin məlumatında deyilir.

Hesabat dövründə avtomobil sənayesinin 9 milyard 132 milyon 431 min dolları xarici satışların payına düşüb. Bu dövrdə avromobil ixracı illik müqayisədə 1,7% azalıb.

İtaliya Türkiyə avtomobillərinin əsas alıcısı olub.

 

Gözəl Həşimova