Salyan Rayon İcra Hakimiyyəti “Khazar LD” markalı minik avtomobilinin satın alınmasına dair “Azərmaş” MMC ilə müqavilə imzalayıb.

İqtisadiyyat.az xəbər verir ki, İcra Hakimiyyəti bu satınalma müqabilində “Azərmaş”a 18 000 manat ödəyəcək.

Xatırladaq ki, açıqlanan rəsmi məlumata görə, bu günə kimi müxtəlif dövlət qurumları və hakimiyyət orqanı tərəfindən 410 milyon manat dəyərində 24 “Khazar SD” və 1 “Khazar LD” markalı minik avtomobili satın alınıb.