Bakı Şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Müəssisələrinin Baş İstehsalat İdarəsinin Ağac-Bəzək Bitkiləri Sovxozunun elan etdiyi “İstixana kompleksinin” tikilməsi tenderinin qalibi açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, tenderin qalibi “Atlas Tikinti Quraşdırma” MMC olub.

Şirkətlə 989.713,2 manat məbləğində müqavilə imzalanacaq.

Tenderin şərtlərinə İstixana Kompleksinin tikilməsi, Kompleksi üçün suvarma və havalandırma sisteminin qurulması daxildir.

Qeyd edək ki, şirkət neft və qaz sənayesi ilə bağlı müxtəlif sahələrdə tikinti işləri, isti və soyuq izolyasiya, rəngləmə, qumlama və korroziyaya qarşı örtüklərin tətbiqindən tutmuş müxtəlif növ layihələr həyata keçirir.

Gülşən Şərif