İqtisadiyyat.Az FED.az TENDER-ə istinadən xəbər verir ki, SUMQAYIT ŞƏHƏR İCRA HAKİMİYYƏTİ AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 1 lot üzrə keçirilir:
lot 1 - 263 çoxmənzilli yaşayış binasının dam örtüyünün təmiri işləri

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Sumqayıt, Azərbaycan pr. 9 (Əlaqələndirici şəxs :Rəhimdil Əhmədov, telefon :(018) 655-14-48) ünvanından ala bilərlər .

İştirak haqqı
lot 1 - 1000 manat

Hesab:AZ14CTRE00000000000002516631 Büdcə səviyyəsinin kodu 7y İqtisadi təsnifat 142340
VÖEN2900054881
Bank:Dövlət Xəzinədarlığı AgentliyiÂ
Kodu:210005
VÖEN:1401555071
M/H:AZ41NABZ01360100000000003944
S.W.İ.F.T:CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
Tenderdə iştirak etmək üçün yazılı müraciət,
Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi,
Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır),
Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır),
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış,
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti,
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı,
İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri,
İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları,
Digər sənədlər:

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2019-03-27 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2019-04-03 17:00qədər Sumqayıt, Azərbaycan pr. 9 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2019-04-04 15:00 tarixində Sumqayıt şəhəri, Azərbaycan prospekti, 9 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.