Biləsuvar Rayon İcra Hakimiyyətinin şəhər ərazisində avtomobil yollarının əsaslı təmiri işləri ilə bağlı elan etdiyi tenderinin qalibi müəyyənləşib.

İqtisadiyyat.az xəbər verir ki, tenderin qalibi "Proqress İnşaat EN" MMC olub.

Şirkətlə 505.093,6 manat məbləğində müqavilə imzalanacaq. 

Tenderin şərtlərinə isə yalnız Məhəmməd Əsədov küçəsində bərpa-quruculuq işlərinin həyata keçirilməsi daxildir.

Qeyd edək ki, "Proqress İnşaat EN” MMC-nin nizamnamə kapitalı 1000 manatdır. Şirkətin qanuni təmsilçisi İslamov Nazim Əli oğludur. Şirkət Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyevin yeznəsi Şirinov Eldar Bəhlul oğlu tərəfindən təsis edilib. 

Gülşən Şərif