"Yenicə yenilməz Əlincəqala qalasını fəth etdim. 1544 pillə yuxarı qalxdım və 1544 yenidən aşağı düşdüm".

İqtisadiyyat.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld özünün "X" hesabında paylaşıb. 

"İngilis səyyahı Mark Elliot tərəfindən "Azərbaycanın Maçu-Piçusu" kimi adlandırılan bu qala indiyə qədər gördüyüm ən möhtəşəm qaladır", - Auld qeyd edib.