Fələstin tərəfdarları şənbə günü axşam Ağ Ev Müxbirlər Assosiasiyasının illik qəbulunun keçirildiyi otelin qarşısında etiraz aksiyası keçiriblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

Məlumata görə, Vaşinqtonda Hilton oteli yaxınlığında Fələstinə dəstək aksiyası bir neçə yüz insanı cəlb edib. Etirazçılar İsrail rəhbərliyinin hərəkətlərini tənqid edən, həmçinin Fələstinə və Qəzza zolağında atəşkəsə dəstək şüarları səsləndiriblər. Bundan əlavə, onlar otelin yuxarı mərtəbələrindən Fələstin bayrağını asıb, jurnalistləri tədbiri boykot etməyə çağırıb, qəbula gələn Amerika administrasiyasının nümayəndələrinə qarşı xoşagəlməz ifadələr səsləndiriblər.

"Reuters" qeyd edir ki, ABŞ prezidenti Co Bayden təcili çıxışa aparıldığı üçün otelin əsas girişində etirazçılarla görüşməkdən yayına bilib. Ağ Evin mətbuat xidmətindən olan jurnalistlərin dediyinə görə, orada prezidentin kortejini Fələstinə dəstək verən nümayişçilərdən yalnız kiçik bir qrup görə bilib. 

ABŞ-də İsrailə dəstək əleyhinə etirazlar davam edir. "The New York Times" şənbə günü yazıb ki, tələbələrin Fələstinin xeyrinə etirazları ABŞ-də 700-dən çox adamın həbsinə səbəb olub.