“Bakı Metropoliteni” QSC sayca 3-cü – “Bənövşəyi xətt”inə aid "Xocasən" elektrik deposuna aid platforma və vestibül üçün tələb olunan üzlük daşlarının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

İqtisadiyyat.az dövlət satınalmalarının vahid elektron portalına istinadən xəbər verir ki, tenderin qalibi "Leading Supply Solutions" MMC-dir.

Qalib şirkətə 26 111 630 manat ödəniləcək.